İsmayıllıda dünən başlayan yanğın söndürülüb

İsmayıllıda dünən başlayan yanğın söndürülüb
  27 Avqust 2019    Oxunub:1499
25.08.2019-cu il tarixində İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində dağlıq ərazidə 40 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti