Ağstafada silah-sursat tapılıb
Faktla bağlı dərhal Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “TOZ 8” markalı tüfəng, 1 ədəd “TİR” tapançası, 1887 ədəd (1117 ədəd 5.45 mm-lik və 770 ədəd 7.62 mm-lik patron) və 4 ədəd avtomat darağı (boş), 2 ədəd “F-1” əl qumbarası və 3 ədəd partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: