"KamAZ" maşının üstünə aşıb, yaralılar var

"KamAZ" maşının üstünə aşıb, yaralılar var
  27 Avqust 2019    Oxunub:1424
Şəmkirdə ağır yol qəzası baş verib.
Avtoqəza rayonun Könüllü kəndində qeydə alınıb. Hadisə zamanı "Mercedes" markalı minik maşını ilə "KamAZ" markalı yük maşını toqquşub. Toqquşmadan sonra yük maşını minik avtomobilinin üstünə aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu deyilir. Hadisənin təfərrüatları araşdırılır. (APA)

Azvision.az


Teqlər: Qəza   Şəmkir   Kamaz  





Xəbər lenti