Üç nəfər dənizdə batmaqdan xilas edildi

Üç nəfər dənizdə batmaqdan xilas edildi
  27 Avqust 2019    Oxunub:1725
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
FHN-dən Azvision.az -a verilən məlumata görə, bu gün həmçinin Lənkəran şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Azvision.az


Teqlər: FHN   Dəniz   Çimərlik  





Xəbər lenti