Payızın Azərbaycana gələcəyi dəqiq vaxt açıqlandı

   Payızın Azərbaycana gələcəyi dəqiq vaxt açıqlandı
  27 Avqust 2019    Oxunub:3236
Bu il Azərbaycanda payız fəslinin başlanacağı dəqiq vaxt açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a bildirilib ki, payız fəsli sentyabrın 23-də saat 11.50-də daxil olacaq. Həmin gün - həftənin bazar ertəsi gecə-gündüz bərabərliyi baş verəcək.
Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 08.19-da qədəm qoyacaq.

Azvision.az



Teqlər: Payız   Fəsil   Qış  





Xəbər lenti