“Hərbiyyə” düşərgəsində ikinci gün - FOTO

  27 Avqust 2019    Oxunub : 1145
 “Hərbiyyə” düşərgəsində ikinci gün - FOTO
Bu gün "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəy rayonunda yerləşən hərbi hissənin bölmələrində olublar.
Azvision.az xəbər verir ki, kəşfiyyatçılar, dağ atıcıları nümunəvi çıxışlar nümayiş etdiriblər.

"Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları hərbçilərə qoşularaq dağ-aşırım əməliyyatlarında, çay keçidində ekstremal şəraitdə necə hərəkət etməli olduqlarını öyrənib, yarışlara qoşulublar. Fərqlənən könüllülər hərbi hissənin rəhbərliyi tərəfindən hədiyyə ilə mükafatlandırılıb.

Bu gün eyni zamanda silah və texnikanın sərgisinə baxış olub. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və digər avadanlıqlar nümayiş olunub. Sonra atış yarışları keçirilib.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası və anası da könüllülərin və əsgərlərin yanında olublar. Hərbi düşərgənin iştirakçıları Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə zirvəsinə qalxıblar. Zirvədə "Şəhidlər ölməz, vətən bölünməz" devizi altında anım mərasimi keçirilib.







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hərbiyyə   Düşərgə