Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı

Vəkillər Kollegiyasının Rəyasət Heyəti toplandı
  27 Avqust 2019    Oxunub:1602
Avqustun 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov qurumun fəaliyyəti, Azərbaycan vəkilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirlər və ölkədə vəkil qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. İclasda, həmçinin vəkil qurumlarının növbətçilik siyahıları təsdiqlənib.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən bəzi vəkilliyə namizədlərin kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub. Həmin şəxslər iclasda vəkil andı içiblər.

Bundan əlavə, iclasda Göyçay və Göygöl rayon, “Mirzəyev və partnyorları” vəkil bürolarının təsis olunması ilə bağlı müraciətlərə baxılıb və müsbət qərarlar verilib.

Eyni zamanda, iclasda “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “qaynar xətt”inə daxil olan şikayətlərə baxılması Qaydaları”, “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təsis edilən nişanların Əsasnaməsi”nin təsdiq edilməsi, o cümlədən “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” və “Vəkil kabinetinin yaradılması” qaydalarında dəyişiklik edilməsi barədə məsələlərə baxılıb.

İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti