Altıağac milli parkına giriş pulsuz olacaq

Altıağac milli parkına giriş pulsuz olacaq
  28 Avqust 2019    Oxunub:1357
Altıağac milli parkının yaranması günü ilə əlaqədar 31 avqust tarixində parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəs milli parka dəvətlidir.

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.

Azvision.az



Teqlər: ETSN   Milli-Park   Altıağac  





Xəbər lenti