Göyçayda evdən narkotik tapıldı

Göyçayda evdən narkotik tapıldı
  28 Avqust 2019    Oxunub:1794
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onların kultivasiyası ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik   Göyçay  





Xəbər lenti