Gədəbəydə şərti düşmən qərargahına basqın əməliyyatı - FOTOLAR

  28 Avqust 2019    Oxunub : 5590
Gədəbəydə şərti düşmən qərargahına basqın əməliyyatı - FOTOLAR
Gədəbəy rayonunda "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsi davam edir.
Azvision.az xəbər verir ki, düşərgənin ikinci günündə iştirakçılar taktiki hazırlıq təlimləri çərçivəsində çay keçidi üzərindən ekstremal şəraitdə necə hərəkət etməli olduqlarını öyrəniblər, dağ-aşırım əməliyyatları və yaralıların təxliyyəsi ilə tanış olublar.



Daha sonra kəşfiyyatçılar nümunəvi çıxışlar ediblər. Belə ki, şəxsi heyətlə dolu iki avtomobil ilə pusqu atılması, kəşfiyyat cığırında qrupun hərəkəti və şərti düşmən qərargahına basqın əməliyyatları nümayiş etdirilib.















Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hərbiyyə   Düşərgə