Niyazi Bayramov bir ildə hansı işləri görüb?

Niyazi Bayramov bir ildə hansı işləri görüb?
  28 Avqust 2019    Oxunub:8844
Niyazi Bayramovun Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasından bir il keçir.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən Niyazi Müzəffər oğlu Bayramov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin edilib. Niyazi Bayramov gəlişi ilə Gəncə və gəncəlilərə olan diqqət və qayğısı günü-gündən artmaqdadır. İlk görüşünü ağsaqqallarla keçirən şəhər rəhbəri onların xeyir duasını alıb və şəhərdə olan problemlərlə dərindən maraqlanıb.

Fəaliyyətinin ilk günündən Niyazi Bayramovun əsas məqsədi Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütamadi olaraq sakinlərlə görüşmək, onların problemləri ilə yaxından tanış olmaqdır. Artıq Gəncədə bu cür görüşlər ənənə halını alıb. İcra başçısı səyyar və fərdi qəbullar keçirir, vətəndaşları narahat edən məsələləri dinləyir, bir çox problemlərlə yerindəcə tanış olur və onu aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Bununla yanaşı şəhərdə bir çox yeniliklər də baş verir.İlk dəfə olaraq Bakı-Gəncə sürət qatarı işə düşüb,habelə, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb.

Əsas əlamətdar hadisələrdən biri isəGəncənin 2019-cu ilin Avropa İdman Şəhəri seçilməsidir. Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyasının (“ACES Europe”) təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltifolunma mərasimi keçirilib. Avropanın idman şəhərləri və qəsəbələri öz titullarını götürərək, 2019-cu il üçün rəsmi bayraqlarını təhvil alıblar.2019-cu il üçün Avropanın İdman Şəhəri seçilən Gəncə də mərasimdə təmsil olunub. Təltifetmə mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Tədbirin davamı olaraq 5 Mart tarixində Heydər Əliyev park-kompleksində “Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi də baş tutub.

Gəncə bir sıra festivallara ev sahibliyi edib. Belə ki, “Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalının ilk ünvanı məhz qədim Nizami yurdu olub,“IMAGINE Avro” tolerantlıq festivalı çərçivəsində fransız fotoqrafı Nikolas Landemardın fotosərgisi nümayiş edilib.Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ili “Nəsimi ili” elan edilməsi münasibəti ilə Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti də yaradılıb.

Niyazi Bayramovun bir illik fəaliyyəti zamanı Gəncə ilə xarici ölkələrin bir sıra şəhərləri arasında ikitərəfli əməkdaşlıq və dostluq əlaqələri yaranıb. 27-29 Aprel 2019-cu il tarixləri arasında Gürcüstanın Batumi şəhərində “Batumoba 2019” adı altında şəhər günləri keçirilib. Şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbir Batumininin 131 illiyinə həsr olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun baçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Şəhərdə yolların bərpasına da xüsusi diqqət yetirilir. Əsasən şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləriaparılır, küçələrdə köhnə işıq dirəkləri yenisi ilə əvəz edilir. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində müəyyən işlər icra olunur.

Tikintisinə başlanılan və tezliklə gəncəlilərin ixtiyarına veriləcək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yeni binası, həmçinindünya standartlarına çavab verən İdman sarayı Gəncənin gözəlliyinə yeni bir çalar qatacaq.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun məqsədyönlü təşkilatçılığı sayəsində Gəncə öz tarixinin inkişaf dönəmini böyük coşqu ilə yaşayır, abadlaşır və tarixləşir.

Azvision.az


Teqlər: Gəncə   İcra-Başçısı  





Xəbər lenti