Nazir müavinləri vətəndaşlarla görüşəcək

Nazir müavinləri vətəndaşlarla görüşəcək
  28 Avqust 2019    Oxunub:1221
Avqust 30-da Səhiyyə nazirinin müavinləri Nigar Əliyeva və Rahim Əliyev vətəndaşlarla görüşəcəklər.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nigar Əliyeva Şəki və Qax rayon sakinlərini Şəki Mərkəzi Rayon Xəstəxanasında, Rahim Əliyev isə Zaqatala və Balakən rayon sakinlərini Zaqatala Diaqnostika Mərkəzində qəbul edəcəklər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Azvision.az



Teqlər: Səhiyyə  





Xəbər lenti