Səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb

Səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb
  28 Avqust 2019    Oxunub:1030
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qoşun növləri və xidmət sahələrindən yarışlara qatılan hərbi qulluqçular ilkin mərhələdə ərazidə uzun məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəfləri müəyyənləşdiriblər.



Yarışın şərtlərinə əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 16 nöqtəni, qadın hərbi qulluqçular isə 6,8 km məsafədə 15 nöqtəni aşkar ediblər.







Azvision.az


Teqlər: Ordu   Yarış  





Xəbər lenti