Bu küçədə rənglənmə işləri aparılacaq

Bu küçədə rənglənmə işləri aparılacaq
  28 Avqust 2019    Oxunub:1032
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə avqustun 28-i axşam saat 22:00-dan səhər saatlarınadək paytaxtın Binəqədi rayonunun Cavad xan küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Sürücülərdən sözügedən küçədə müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti