Səfir pakistanlı nazirlə görüşdü

Səfir pakistanlı nazirlə görüşdü
  28 Avqust 2019    Oxunub:2091
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Daxili İşlər naziri İjaz Əhməd Şah ilə görüşüb.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, hər iki ölkənin daxili işlər nazirlikləri və miqrasiya orqanları arasında mövcud olan əməkdaşlığın qarşılıqlı əlaqələrə öz töhfəsini verdiyi bildirilib.

Nazir İjaz Əhməd Şah Azərbaycanın yaxın dost və qardaş ölkə kimi daim müxtəlif məsələlərdə Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayaraq təşəkkürlərini çatdırıb, Pakistan Daxili İşlər Nazirliyinin Azərbaycanın Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə təhlükəsizlik, insan alverinə qarşı mübarizə, qanunsuz miqrasiya, məhkumların təhvil verilməsi, təcrübə mübadiləsi və digər müvafiq sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsinə və qarşılıqlı səfərlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Azvision.az



Teqlər: Pakistan  





Xəbər lenti