Lənkərandakı qəzada 23 nəfər xəsarət alıb

   Lənkərandakı qəzada 23 nəfər xəsarət alıb
  29 Avqust 2019    Oxunub:1672
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, saat 08:30-a olan məlumata əsasən, qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.
Xəsarət alanların 10-u xəstəxanada müalicəsini davam etdirəcək, digərləri ambulator müalicəyə göndərəiləcək. Xəstəxanada yerləşdirilən 10 nəfərdən ikisi reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti kritik qiymətləndirilir. Açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.

Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Onun da vəziyyəti ağırdır. Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Azvision.az



Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti