Bakıda narkotik alverçisi tutuldu - FOTOLAR

   Bakıda narkotik alverçisi tutuldu -    FOTOLAR
  29 Avqust 2019    Oxunub:2869
Polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tərdbirləri davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ Cinayət Axtarış Şöbəsinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub.



Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin, ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub.



F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib. Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir.

Azvision.az




Teqlər: BŞBPİ   Narkotik  





Xəbər lenti