Xəzəri çirkləndirən 23 obyekt bağlandı

Xəzəri çirkləndirən 23 obyekt bağlandı
  29 Avqust 2019    Oxunub:1467
"Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə Ibrahimova deyib. O bildirib ki, istirahət mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizə davam etdirələcək.



Nazirlik sözçüsü qeyd edib ki, Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar: "Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq. Vətəndaş olaraq özümüzün istirahət üçün üz tutduğumuz yerlərə müəyyən qədər biganəliyimiz də narahatedici məqamdır Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt bir günlə yaşayırıq. Sabahı fikirləşmədən tullantılarımızı hara gədi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Monitorinq  





Xəbər lenti