Xəzər dənizini çirkləndirən obyektlərin adları - SİYAHI

   Xəzər dənizini çirkləndirən obyektlərin adları -    SİYAHI
  29 Avqust 2019    Oxunub:1557
Xəzəri çirkləndirənlərin obyektlərin adları açıqlanıb.
Azvision.az -ın məlumatına əsasən, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib ki, tullantı suların təmizlənməsi günün əsas tələblərindən biridir. Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca aparılan son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən “Təhsil”, “Elfaro”, “Oberluks”, “Palma”, “Atlant” və “Liverin”, Şıx çimərliyi ərazisində isə “Dostluq”, “Ramada” istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər:

"Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib. Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da dolayı yolla Xəzərə axıtmaqda davam edir. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Xəzər   Obyekt   Çirkləndirmə  





Xəbər lenti