“Hərbiyyə” davam edir - FOTOLAR

 “Hərbiyyə” davam edir -    FOTOLAR
  29 Avqust 2019    Oxunub:3404
Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 3-cü gününə səhər idmanı ilə start verilib.
Azvision.az xəbər verir ki, düşərgə iştirakçılarının “Qanlı körpü”yə eksursiyası təşkil edilib.



Düşərgə çərçivəsində iştirakçılar komandalar şəklində ərazi üzrə gizlədilmiş hərbi vasitələrin verilən koordinatlar vasitəsilə tapılması əməliyyatını həyata keçiriblər.



Həmçinin Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun üzvü qazi Aqil Əhmədovla görüş təşkil olunub.



“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və Azvision.az xəbər saytıdır.





















Azvision.az


Teqlər: Hərbiyyə   ASANKönüllüləri   ASANxidmət  





Xəbər lenti