Dərnək üzvü: “Təşkilat tezliklə dağılacaq”

   Dərnək üzvü:    “Təşkilat tezliklə dağılacaq”
  29 Avqust 2019    Oxunub:1933
Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.
Azvision.az sayt xəbər verir ki, M.Əhmədli bəyanatında qeyd edib: “Təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz etmişəm. Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”.

İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını bildirib.

M.Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat verib.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə özünü “ALÖV” (Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti) partiyasının təsisçisi və sədri Rza Səfərsoy kimi təqdim edən şəxs müxtəlif məzmunlu paylaşımlar edərək həmin təşkilatı təsis edərək insanları qanunsuz etiraz aksiyaları təşkil etməklə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn çağırışlar edib.

Azvision.az


Teqlər:





Xəbər lenti