Sosial şəbəkələrdə videosu yayılan yol polisi işdən çıxarıldı

Sosial şəbəkələrdə videosu yayılan yol polisi işdən çıxarıldı
  30 Avqust 2019    Oxunub:5524
Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Azvision.az -a bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Azvision.az


Teqlər: Polis   YPX  





Xəbər lenti