Ötən il 751 uşaq övladlığa götürülüb

   Ötən il 751 uşaq övladlığa götürülüb
  30 Avqust 2019    Oxunub:1178
Azərbaycanda 2018-ci ildə 751 uşaq övladlığa götürülüb. Bunlardan 349 nəfəri qız uşağıdır.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, övladlığa verilən uşaqlardan 200 nəfəri (onlardan 98 nəfəri qız uşağı) 1 yaşa qədər, 315 nəfəri (onlardan 146 nəfəri qız uşağı) 1-5 yaşda olan, 132 nəfəri (onlardan 61 nəfəri qız uşağı) 6-10 yaşda olan, 104 nəfəri (onlardan 44 nəfəri qız uşağı) 11-17 yaşda olanlardır.

Bundan əlavə, ötən il 67 uşaq barəsində övladlığa götürülmə qərarı ləğv edilib. Qərarlardan 25-i qız uşaqları barədədir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika   Uşaq   Övladlıq  





Xəbər lenti