“MiQ-29”u axtaran dalğıclar təltif olundu - FOTOLAR

“MiQ-29”u axtaran dalğıclar təltif olundu -  FOTOLAR
  30 Avqust 2019    Oxunub:4072
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalğıc Xidmətinin dalğıcları qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin və pilotun axtarışı, tapılması və dənizdən çıxarılmasında yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Azneft”dən Azvision.az -a verilən məlumata görə, qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində yüksək fədakarlıq göstərərək fərqlənən dalğıclar müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun müvafiq əmri ilə Fəxri fərmanlarla təltif ediliblər.



Bu münasibətlə Dalğıc Xidmətində Fəxri fərmanların təqdim olunması mərasimi keçirilib. “Azneft” İB-nin baş direktorunun müavini Əlimusa Quliyev Fəxri fərmanları dalğıclara təqdim edib.



Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman radarlardan itib və qəzaya uğrayıb. Xəzər dənizinə düşən təyyarə uzun sürən axtarışlardan sonra tapılıb, qalıqları və pilotun nəşi dənizdən çıxarılıb.





Azvision.az


Teqlər: Dalğıc   Təltif   Azneft  





Xəbər lenti