Ağcabədi sakini həyat yoldaşını bıçaqladı

Ağcabədi sakini həyat yoldaşını bıçaqladı
  30 Avqust 2019    Oxunub:1117
Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 29-da rayonun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gələn kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Bıçaqlanma   Cinayət  





Xəbər lenti