“Hərbiyyə”də növbəti gün - FOTOLAR

   “Hərbiyyə”də növbəti gün -    FOTOLAR
  30 Avqust 2019    Oxunub:3095
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 4-cü günündə iştirakçılar üçün xüsusi təlimlər təşkil olunub.
Belə ki, birinci xüsusi kəşfiyyat qrupu tərəfindən basqı və pusqunun nümayişi və təlimatlandırılması həyata keçirilib. Sonra iştirakçılar tərəfindən müvafiq təlimatların parktiki icrası təmin edilib.

Həmçinin Koroğlu qalasına eksursiya təşkil edilib.

Günün sonunda iştirakçılar tonqal başında əyləncəli vaxt keçiriblər.

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.











Azvision.az


Teqlər: ASAN   Hərbiyyə  





Xəbər lenti