Mərakeş nümayəndə heyəti “ASAN xidmət”də FOTO

Mərakeş nümayəndə heyəti “ASAN xidmət”də   FOTO
  30 Avqust 2019    Oxunub:1741
Mərakeş Krallığının gənclərdən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bu günədək “ASAN xidmət” mərkəzlərində 32 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.



Azvision.az


Teqlər: ASAN   Mərakeş  





Xəbər lenti