ABŞ səfiri Paşinyanın bəyanatına münasibət bildirdi

   ABŞ səfiri Paşinyanın bəyanatına münasibət bildirdi
  31 Avqust 2019    Oxunub:2062
"Biz həmişə hər iki tərəfi şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa çağırırıq".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatına münasibət bildirərkən deyib.

"Biz tezliklə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirik, ümid edirəm ki, bu, sentyabrda baş tutacaq. Bu, dialoq prosesinin davamı olacaq ki, biz də tərəfləri buna diqqət yönəltməyə çağırırıq", - deyə amerikalı diplomat qeyd edib.

Azvision.az


Teqlər: Səfir  





Xəbər lenti