Nazir şəhid oğluna verdiyi sözü tutdu - FOTO

  31 Avqust 2019    Oxunub : 31588
 Nazir şəhid oğluna verdiyi sözü tutdu - FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib.

Azvision.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.


Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.





Anar Kəlbiyev
Azvision.az

Teqlər: Şəhid   RaqufOrucov