Ermənilərin Qubadlıda saldığı yeni qəsəbənin təsviri yayımlandı

 Ermənilərin Qubadlıda saldığı yeni qəsəbənin təsviri yayımlandı
  31 Avqust 2019    Oxunub:3304
“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.

Qeyd edək ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.

Azvision.az


Teqlər: Azərkosmos   Qubadlı  





Xəbər lenti