Bakıda və Göyçayda yanğın olub

Bakıda və Göyçayda yanğın olub
  01 Sentyabr 2019    Oxunub:1348
Göyçay rayonunun Çərəcə kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğından ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Bundan başqa, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları 20 m² və altına yığılan qəliblər 20 m² sahədə yanıb.

Talvarın qalan hissəsi və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti