Elvin İsayev Rusiya vətəndaşlığından çıxarıldı

   Elvin İsayev Rusiya vətəndaşlığından çıxarıldı
  01 Sentyabr 2019    Oxunub:4152
Azərbaycan əsilli Elvin İsayev Rusiya vətəndaşlığından məhrum edilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, polis E. İsayevi Rusiyada qalma rejimini pozmaqda günahkar sayıb və 5 min rubl cərimələyib.

Hazırda E. İsayev Leninqrad vilayətində Miqrantların Müvəqqəti Saxlama Mərkəzində saxlanılır və Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, Azərbaycan vətəndaşlığından 18 il əvvəl imtina edən E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya pasportu alıb, 2014-cü ildə sənədlərini itirdiyi üçün pasportunu dəyişib.

Qeyd edək ki, E.İsayev sosial şəbəkələrdə anti-Azərbaycan kampaniyasının üzvlərindən biridir.

Azvision.az


Teqlər: Elvin-İsayev   Rusiya  





Xəbər lenti