AQTA-ya zəhərlənmə ilə bağlı 45 müraciət daxil olub

AQTA-ya zəhərlənmə ilə bağlı 45 müraciət daxil olub
  02 Sentyabr 2019    Oxunub:1153
2019-cu ilin avqust ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub.
Azvision.az AQTA-ya istinadən xəbər verir ki, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olub.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti