Qubada 3 nəfəri maşın vurub

Qubada 3 nəfəri maşın vurub
  02 Sentyabr 2019    Oxunub:1916
Quba rayonunda üç piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü Saleh Saliyev saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Nügədi kəndində qeydə alınıb. Yol kənarında olan üç gənc gözlənilmədən avtomobil tərəfindən vurulub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğluna çənənin sağ üst, göz qapağının əzilmiş-kəsilmiş yaraları, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğluna sağ budun arxa səthinin əzilmiş-deşilmiş yarası, 2000-ci il təvəllüdlü Cavadov Nail Qədir oğluna isə alının, hər iki yanağın və sağ ayağaltı nahiyəsinin əzilmiş-cırılmış çoxsaylı yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam edir.

Azvision.az



Teqlər: DİN   Quba   Piyada  





Xəbər lenti