İndiyədək 45 nəfər suda boğularaq ölüb

 İndiyədək 45 nəfər suda boğularaq ölüb
  02 Sentyabr 2019    Oxunub:1363
Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 45 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb.

Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, qeyd olunan dövr ərzində 225 nəfər suda boğulmaqdan xilas edilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Lökbatan, Şüvəlan, Böyük Həmyə, Bilgəh, Qızılqum, Nardaran, Türkan, Dübəndi, Bakı, Hövsan, Buzovna, Mərdəkan, Neftçala, Corat, Novxanı, Şıxov, Zuğulba-3, Nardaran-2, Mingəçevir, Qobustan, Şirvan, Pirşağı, Xaçmaz, Suraxanı, Lənkəran, Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.

Lənkəranda 1, Salyanda 2, Bakıda 23, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Ucarda 1, Yevlaxda 2, Xaçmazda 3 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Su   Boğulma   Çimərlik  





Xəbər lenti