Bu yolda rənglənmə işləri aparılacaq

Bu yolda rənglənmə işləri aparılacaq
  02 Sentyabr 2019    Oxunub:1012
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Binəqədi rayonu, 20 Yanvar küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti