Naxçıvanda ordu “həyəcan” siqnalı ilə qaldırıldı - VİDEO

   Naxçıvanda ordu “həyəcan” siqnalı ilə qaldırıldı -    VİDEO
  03 Sentyabr 2019    Oxunub:4116
Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, həm də pilotsuz uçuş aparatları ilə izlənilib. Qərargahların və komandirlərin döyüş zamanı bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirildiyi məşğələlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.







Azvision.az



Teqlər: Naxçıvan   Ordu  





Xəbər lenti