Çaylarda sululuq səviyyəsi artıb

Çaylarda sululuq səviyyəsi artıb
  03 Sentyabr 2019    Oxunub:1527
Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan çox olmaqla 100-150 fazini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-90 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyət

Sentyabrın 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 116 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 95 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 m3/s olmaqla, ongünlük normadan az olub.

Sentyabrın 2-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 15 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 78 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Sentyabrın 2-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 36 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 58 m3/s təşkil etməklə ongünlük normadan çox olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Sentyabrın 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 334 sm təşkil edib. Bu rəqəm 2018-ci il sentyabrın 2-də isə 325 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 83 sm qeydə alınıb. 2018-ci il sentyabrın 2-də isə bu rəqəm 173 sm təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 45 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il sentyabrın 2-də isə 38 sm təşkil edib. Salyanda suyun səviyyəsi 1 sm azalıb və 102 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 105 sm qeydə alınıb. Bankə məntəqəsində isə suyun səviyyəsi 4 sm azalaraq 153 sm olub və bu göstərici 2018-ci il sentyabrın 2-də 172 sm qeydə alınıb.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti