DMX rəisi Siyasi Psixologiya Məktəbinin üzvləri ilə görüşüb - FOTOLAR
Məqsəd gənclərin gələcəkdə daha bacarıqlı və peşəkar kadr kimi yetişməsinə töhfə verməkdir. DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev Xidmətin yaranma tarixi ilə bağlı təqdimatla çıxış edib.
Sonra Siyasi Psixologiya Məktəbinin üzvləri DMX-nin “919 Çağrı mərkəzi”nin, Bakı şəhər regional miqrasiya idarəsinin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar. Daha sonra gəncər Kürdəxanıda yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzinə yollanıblar.
Burada Mərkəzin fəaliyyəti, iş rejimi, daxili intizam qaydaları, miqrantların asudə vaxtlarının səmərəli təşkili, tədris otaqları, orada yerləşdirilən şəxslərin hüquqları və vəzifələri barədə geniş məlumat verilib. Görüş çərçivəsində məktəbin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Azvision.az