“DOST” mərkəzinə 30 mininci vətəndaş müraciəti

“DOST” mərkəzinə 30 mininci vətəndaş müraciəti
  03 Sentyabr 2019    Oxunub:2262
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə 30 000-ci vətəndaş müraciəti qeydə alınıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Səbail rayon sakini Şimdit Novruzov DOST-a sosial müavinətlərin təyin edilməsi ilə bağlı müraciət edib. O, 4 aya yaxındır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 30 000-ci vətəndaş kimi tarixə düşüb.



1 saylı Bakı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib. Şimdit Novruzov DOST Mərkəzində ona göstərilən xidmətin operativ və yüksək səviyyədə olduğunu qeyd edib. O, son aylarda pensiya, əməkhaqqlarının artırılmasına, vətəndaşlar üçün bu cür şərait yaradılmasına görə, ölkə rəhbərliyinə təşəkkürünü bildirib.



9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir. 2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: DOST  





Xəbər lenti