Dünənki yanğında 3 nəfərə yardım göstərilib

Dünənki yanğında 3 nəfərə yardım göstərilib
  04 Sentyabr 2019    Oxunub:1093
Səhiyyə Nazirliyi ötən gün Bakı şəhərində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, dünən gecə Səbail rayonu, Nizami küçəsində baş verən yanğın zamanı hadisə yerinə gələn təcili tibbi yardım briqadasına hər hansı bir yanıq xəsarəti ilə müraciət edən olmayıb.

Qeyd olunub ki, təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə bir kişi və iki qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti