Turizmlə bağlı Ekspertlər Şurası yaradılıb

Turizmlə bağlı Ekspertlər Şurası yaradılıb
  04 Sentyabr 2019    Oxunub:1221
Sentyabırın 3-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Ekspertlər Şurası yaradılıb.
Azvision.az xəbər verir ki, assosiasiyanın tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemlərin araşdırılmasını həyata keçirəcək və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Görüləcək işlərin keyfiyyətli və standartlara cavab verməsi üçün Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb.

Yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması və turizm agentliklərinin fəaliyyətinə nəzarət etmək üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.

Azvision.az



Teqlər: Turizm   Ekspert   Şura  





Xəbər lenti