Məhkuma narkotik gətirən qadın tutulub

Məhkuma narkotik gətirən qadın tutulub
  04 Sentyabr 2019    Oxunub:1592
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı, Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülmüş 4 ədəd sellofanın içərisində gizlədilmiş 1,764 qram “Metamfetamin”, 7,043 qram “Marixuana və 1,632 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Məhkum   Narkotik  





Xəbər lenti