DMX-nın yeni işçiləri kursa cəlb olunub

  04 Sentyabr 2019    Oxunub : 539
DMX-nın yeni işçiləri kursa cəlb olunub
Miqrasiya orqanlarına işə yeni qəbul edilən əməkdaşların peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-tədris mərkəzində təlimlər başlanılıb.
Qurumdan Azvision.az -a verilən məlumata görə, kurs çərçivəsində namizədlərə “Miqrasiya siyasəti”, “Miqrasiya hüququna giriş”, “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili”, “Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın qorunması”, “Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq və perspektivlər”, “Əmək miqrasiyası”, eləcə də digər mövzularda mühazirə və seminarlar, o cümlədən praktiki məşğələlər təşkil olunub.

Təlim çərçivəsində mövzularla bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Qeyd edək ki, yeni əməkdaşların iştirak etdiyi təlim 5 gün davam edəcək.

Azvision.az

Teqlər: DMX