Paytaxtın 4 qəsəbəsində qaz olmayacaq

Paytaxtın 4 qəsəbəsində qaz olmayacaq
  05 Sentyabr 2019    Oxunub:2004
Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan başqa, ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti