Məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb - Rəsmi məlumat

Məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb -    Rəsmi məlumat
  05 Sentyabr 2019    Oxunub:2985
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İkram Rəhimovun aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatmasi barədə yayılan məlumatlara münasibət bildirib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a bildirilib ki, son günlər ərzində sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İstintaq təcridxanasında saxlanılan məhkum İkram Rəhimovun həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməsi və səhhətinin kritik həddə çatması barədə məlumatlar yer almaqdadır.

Penitensiar xidmət bildirir ki, məhkum İkram Rəhimov aclıq aksiyasını dayandırıb və qida qəbuluna başlayıb: "Onun səhhəti ilə bağlı hər hansısa bir problem yoxdur".

Azvision.az



Teqlər:





Xəbər lenti