Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  06 Sentyabr 2019    Oxunub:2010
Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, bundan başqa, saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz   Gəncə   Bakı   Qaz  





Xəbər lenti