Aşura günü qanvermə aksiyasının keçiriləcəyi yerlər - SİYAHI

 Aşura günü qanvermə aksiyasının keçiriləcəyi yerlər -    SİYAHI
  06 Sentyabr 2019    Oxunub:5363
Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 25 şəhər rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.



Azvision.az


Teqlər: Qanvermə   Aşura  





Xəbər lenti