Kürdə suyun səviyyəsi 10 santimetr artıb

Kürdə suyun səviyyəsi 10 santimetr artıb
  06 Sentyabr 2019    Oxunub:1409
Ölkə ərazisində yağan yağış nəticəsində respublikanın çaylarında sululuğun artımı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 150, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla normanın 100-150, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla normanın 50-100 faizini təşkil edir.

Sentyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 109 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 89 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 15 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 21 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 42 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 94 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 348 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr artaraq 119 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr artıb və 140 santimetr olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 7 santimetr artaraq 50 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 165 santimetr olub.

Azvision.az



Teqlər: ETSN   Çaylar  





Xəbər lenti