Şəmkirdə avtobus yük maşını ilə toqquşub - Ölən və yaralılar var

   Şəmkirdə avtobus yük maşını ilə toqquşub -    Ölən və yaralılar var
  07 Sentyabr 2019    Oxunub:2524
Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.
Səhiýyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib:

“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.

Azvision.az



Teqlər: Şəmkir   Qəza  





Xəbər lenti